Yaponlar yuxuları qeyd edən cihaz icad ediblər
25 Yanvar 2011 Çərşənbə Axşamı 04:45
Alimlər bu texnologiya sayəsində insanların gördükləri yuxuların izlənilə biləcəyini deyiblər.
Yaponiyalı alimlər hazırladıqları yeni bir cihazla insan beynindən keçən fikirləri və şüuraltı düşüncələri kompüter monitoruna nəql etməyə müvəffəq olublar. Bu sayədə görünən yuxular və heç kimə açıqlanmayan düşüncələri qeyd etmək mümkün olacaq.

Qeyd edək ki, Tokiodakı “ATR” Elmi Nevralogiya laboratoriyasının alimləri daha əvvəl ibtidai formada beyindən götürülən düşüncələri qeyd etməyə nail olmuşdular.

Layihə üzərində işləyən alimlər bu texnologiya sayəsində insanların gördükləri yuxuların və beyinlərində qəbul etdikləri obrazların izlənilə biləcəyini deyiblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar