Yaponlar fəallaşıb
11 İyul 2010 Bazar 19:00
Yaponiyada parlamentin yuxarı palatasına keçirilən seçkilərdə seçicilərin fəallığı müşahidə olunur.
Bu gün Yaponiyada parlamentin yuxarı palatasına seçkilər keçirilir. Bəzi ekspertlərin sözlərinə görə, bu seçkilərdə əhalinin fəalliğı 3 il bundan öncəkindən çoxdur. Aparılan sorğulara əsasən, seçkilərin nəticələrinə uyğun olaraq baş nazir Naoto Kanın rəhbərlik etdiyi Demokratlar Partiyasi 242-üzvlük Yüksək Palatadakı yerlərini itirəcək, lakin səsvermə nəticələri Yaponiyada lider olan demokratların nüfuzuna təsir göstərməyəcək. Buna səbəb isə bu partiyanın Aşağı Palatada daha çox nüfuza malik olmasıdır.

Qeyd edək ki, baş nazir Naoto Kan demokratların hal-hazırda sahib olduqları qədər - yəni 54 yer qazanmağı qarşılarına məqsəd qoyduğunu dilə gətirib.

Demokratların əsas rəqibi sayılan Liberal Demokrat Partiyasının isə 5 yer qazanaraq, parlamentdəki yerlərinin ümumi sayını 76-ya çatdırması proqnozlaşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar