Yaponlar dünyanı heyrətləndirib
24 Mart 2011 Cümə Axşamı 16:20
Zəlzələ və sumani nəticəsində yararsız hala düşən yol 6 günə tam təmir edilib
Bir-birinin ardınca tarixinin ən böyük təbii fəlakətlərini yaşayan Yaponiya çətinliklərə baxmayaraq normal həyata qayıtmağa çalışır. Yaponlar 11 martda baş verən fəlakətlərdən sonra normal həyata qayıdış üçün dayanmadan işləyirlər.
Bunu zəlzələ və sunamidən sonra dağıntı bölgəsindən çəkilən fotolarda sübut edir. Fotolar dünyanın aparıcı agentliklərində yayımlanmağa başlayıb. Fotolardan birində fəlakətdən sonra tamamilə yararsız hala düşən yol əks edilib. Qısa zaman kəsiyində yaponlar yolu əvvəlkindən daha yaxşı görkəmə qaytara biliblər. Təmir mart ayının 17-də başlayıb. 6 gün sonra isə dünyanı heyrətə salan yeni görüntülər əldə edilib. Sürətlə aparılan təmir-bərpa işlərindən sonra yol yenidən fəaliyyətə başlayıb.
DOSTLARINLA PAYLAŞ: