Yaponiyaya qarşı 1,5 milyon imza
02 Sentyabr 2010 Cümə Axşamı 20:05
Heyvansevərlər ABŞ-dan Yaponiyaya təyziq edilməsini istəyirlər.
Tokioda Amerika, Kanada və Avstraliyadan olan heyvansevərlər ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirərək Yaponiyaya təyziq edilməsini tələb ediblər. 150 ölkədən 1,5 milyon insanın imzasını toplamış etirazçılar Yaponiyada delfin ovuna qadağa qoyulmasını istəyirlər.
Yaponiyanın Taiji qəsəbəsində balıqçılar hər il 2 min delfin onvlayırlar. Ovlanmış balıqların bir hissəsi satılsa da, əksəriyyəti ətindən istifadə olunmaq üçün ovlanır. Delfin ovundan sonra tamamilə qan olan sahillərdə dəhşətli bir mənzərə yaranır ki, bu da heyvansevərlərin kəskin etirazı ilə qarşılanır.
Yaponlar isə Taijidə delfin ovunun 17-ci əsrdən başlayan bir ənənə olduğunu bildirirlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: