Yaponiyanın Nazirlər Kabineti tam heyətlə istefa verib
14 Yanvar 2011 Cümə 10:55
Yeni heyətin günün ikinci yarısında elan olunacağı gözlənilir.
Bu gün səhər Yaponiyanın Nazirlər Kabineti tam heyətlə istefa verib. ANS PRESS-in “The Straits Times”a istinadən verdiyi xəbərə görə, kabinetin istefası ölkənin baş naziri Naoto Kanın nazirlərin heyətində bir sıra ciddi dəyişikliklərin edilməsi barədə bəyanatından bir neçə saat əvvəl həyata keçirilib.
Xüsusilə, Kan əvvəllər bəyan edib ki, yerdəyişmə maliyyə və ticarət nazirlərinin vəzifələrinə aid olmalıdır. Yerli KİV bu tədbirlərin əsas səbəbi kimi baş nazirin xəzinə və ticari islahatlar aparmaq istəyindən irəli gəldiyini yazır. Nazirlər Kabinetinin yeni heyətinin günün ikinci yarısında elan olunacağı gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: