Yaponiyanın eks maliyyə naziri ölü tapıldı
04 Oktyabr 2009 Bazar 10:30
Yaponiyanın eks maliyyə naziri ölü tapıldı. 56 yaşlı Seiti Nakaqavanın meyidi evində aşkar edilib.
Mətbuat konfransına içkili vəziyyətdə gələn və uzun sürən qalmaqaldan sonra istefaya gedən keçmiş maliyyə naziri, Yaponiyanın maliyyə xidmətləri üzrə eks dövlət naziri Seiti Nakaqava evində ölü tapılıb. 56 yaşlı eks nazirin meyidi Tokionun Setaqaya (Setagaya) rayonundakı evində yataq otağında aşkar edilib.
Xatırladaq ki, yaponiyalı nazirin karyerası “G7”nin Romada keçirilən sammitində kefli şəkildə çıxış etməsndən sonra uçuruma doğru getməyə başladı. Yaponiyanın qəzetləri nazirin sammit çərçivəsində keçirilən mətbuat konfransı zamanı yuxulu olduğunu və sözləri səhv saldığını yazdı. Nazir içkidən sui-istifadə etməsi barədə iddiaları təkzib edərək bildirmişdi ki, soyuqdəymə əleyhinə qəbul etdiyi dərman və saat qurşağını dəyişməsi ona mənfi təsir göstərib. Buna baxmayaraq, qalmaqala görə üzr istəyən nazir müxalifətin təzyiqi ilə üzləşdi. Müxalifət dərhal Nakaqavanın istefaya getməsi tələbi ilə çıxış etdi. Baş nazir Taro Aso naziri işdən çıxartmaq niyyətində olmadığını bildirsə də, əyyaşlıqda ittiham olunan maliyyə naziri istefaya getdiyini rəsmən elan edərək postunu tərk etdi. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: