Yaponiyanın baş naziri üzr istədi
16 Avqust 2010 Bazar Ertəsi 19:35
Maoto Kan hökumət ənənəsini alt üst elədi.
Yaponiyanın İkinci Dünya müharibəsinin sonunda ABŞ-ın atom bombasından istifadə etməsi nəticəsində təslim olmasının 65-ci il dönümündə baş nazir Naoto Kan başda Çin ilə Asiya ölkələri olmaqla müharibədən əziyyət çəkmiş bütün ölkələrdən üzr istəyib.

Baş nazir Yapon müharibə qəhrəmnaları, dövlət rəsmiləri və “müqəddəs kamikadze ölüm pilotları” üçün inşa olunan Yasukuni məbədinə getməyərək illərdir formalaşan hökumət ənənəsini də alt-üst edib.

Xatırladaq ki, ABŞ-ın 1945-ci ilin 6 və 9 avqusut tarixlərində Hirosima və Naqasaki şəhərlərinə atom bombası atmasından sonra Yaponiya qeyd şərtsiz təslim olaraq 15 avqust 1945-ci ildə İkinci Dünya müharibəsində təslim olması barədə sənədə imza atıb. Bu gün isə Yaponiyada hələ də 47 min Amerika əsgəri var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar