Yaponiyanın baş naziri parlamentin aşağı palatasını buraxdı
21 İyul 2009 Çərşənbə Axşamı 05:20
İmperator Akixitonun müvafiq fərmanı gözlənilir və bir neçə saatdan sonra parlamentin səlahiyyət müddəti başa çatacaq

Yaponiyanın baş naziri Taro Aso hökumətin iclasında parlamentin buraxılmasını rəsmən elan edib. ANS PRESS, Yaponiyanan “Kyodo News” agentliyinə istinadən xəbər verir ki, prosedura görə, parlamentin aşağı palatasının buraxılması barədə fərmanı ölkənin imperatoru Akixito imzalamalıdır. Yerli vaxtla saat 13.00-da (Bakı vaxtı ilə saat 08.00) isə fərman parlamentin aşağı palatasının iclasında oxunacaq. Bununla da palatanın səlahiyyətləri başa çatacaq və ölkədə seçki kampaniyası başlayacaq.
Artın parlamentdəki 480 yerə 1230 namizədin iddia etdiyi bildirilir. Aşağı palataya seçkilə bu il avqustun 30-na təyin edilib.
İctimai rəy sorğularının nəticələrinə görə, müxalifətdə olan Yaponiya Demokratik Partiyası hakim Liberal Demokratik Partiyadan üstündür. Əgər avqustun 30-də müxalifət partiyası qalib gəlsə, o xaman ölkənin yeni baş naziri vəzifəsini partiyanın lideri Yukio Xatoyama tutacaq. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar