Yaponiyadə güclü zəlzələ oldu,sunami təhlükəsi var
07 Dekabr 2012 Cümə 13:14
2 metr hündürlüyündə dalğaların olacağı proqnozlaşdırılıb
Bu gün səhər saatlarında Yaponiyanın Şərq sahillərində 7,3 bal gücündə zəlzələ baş verib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, ilk təkanlardan 13 dəqiqə sonra 6,7 bal gücündə növbəti təkan qeydə alınıb.
İlkin məlumata görə, zəlzələnin episentri ötən il martın 11-də baş verən güclü zəlzələnin qeydə alındığı yerin yaxınlığında olub.
Zəlzələdən sonra sunami xəbərdarlığı da edilib. Mütəxəssislər 2 metr hündürlüyündə dalğaların olacağı proqnozlaşdırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar