Yaponiyadan yeni radiasiya həyəcanı
26 Mart 2011 Şənbə 23:12
Radiasiya buludu Avropaya çatıb.
Yaponiyadan yeni radiasiya həyəcanı baş qaldırıb. Dəniz suyunda radiaktiv maddələrin artdığı təstiqlənib. Zəlzələ və suniminin həyatına son qoyanların sayı 10 mini keçib. 17 min sakindən isə ümumiyyətlə xəbər yoxdur. Yaponiyadan havaya qalxan radiaktiv tüstülər bir çox ölkələrin ərazisini qət edərək Avropaya çatıb. Mütəxəsislər deyirlər ki, sürətlə gedən prosses qısa bir zamanda Türkiyə və ondan da Qafqaza doğru irəlləyə bilər. Amma Azərbaycanlı mütəxəəsilər küləyin istiqamətinə əsaslanaraq şüalanmanın bizə təsiri olmayacağını düşünürlər.
Yaponiyanın “Fukuşima-1” Atom Elektrik Stansiyasından sızma nəticəsində yaranan radioaktiv buludlar artıq İsveçə çatıb. Isveçin paytaxtı Stokholm, eyni zamanda ölkənin şimalında yerləşən Kurina və Umeo şəhərlərində ölçmələr zamanı radiasiyanın səviyyəsinin artdığı üzə çıxıb. Amma mütəxəssislər bunun insan sağlamlığına zərər verməyəcəyini deyir. Radiasiya buludlarının Fransa üzərindən İtaliyaya geçəcəyi barədə məlumat alan italyanlar artıq ionlu həblər almağa başlayıb.
Türkiyəli mütəxəssislər isə radiaktiv buludların Avropa qitəsinə çatması ilə Türkiyənin də risk altına düşə biləcəyini deyir. Mütəxəssislər onu da qeyd edir ki, tezliklə radioaktiv buludlar bütün şimal yarımkürəsini öz təsiri altına alacaq.
Beləliklə, bu radiaktiv buludlarin Qafqaza da yaxınlaşdığını demək olar.
Buna baxmayaraq Azərbaycanlı mütəxəssislər Avropa, o cümlədən də Azərbaycanda radiasiya təhlükəsinin olmadığını bildirir. Buna səbəb küləyin əks, yəni Amerika qitəsi istiqamətinə əsməsidir. Fərqli vəziyyətin yaranacağı təqdirdə belə, buludlar Tayqa meşələri və okeanin üzərindən keçərkən öz radiaktivlik təhlükəsini itirir.
“Bu radioaktivliyin hansısa yolla Avropaya və Azərbaycana gəlməsi məsələsi, bu heç cür mümkün olmayan bir haldır. O radioaktivlik məsələsi, o radioaktiv qaz konsentrasiyaları atmosferdə bizim istiqamətə bütün qurunu və okeanın üzərini keçərək Asiya ərazisindən keçib, Azərbaycana gəlməsi ehtimalı heç yoxdur. Bundan arxayin ola bilərlər”, - deyə Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov ANS-ə verdiyi müsahibəsində bildirib.
Hazırda Azərbaycandakı radiaktiv fona gəlincə, Adil Qəribov burada heç bir dəyişikliyin olmadığını deyib. Belə ki, Yaponiyadakı Atom Elektrik Stansiyasında baş vermiş partlayışdan öncə olduğu kimi, indi də ölkə ərazisində gündəlik radiasiya fonu 12-15 mikro rentgen saat səviyyəsindədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: