Yaponiyadakı nüvə fəlakəti ABŞ-da təkrarlana bilər
19 İyun 2011 Bazar 13:25
Nebraska ştatında AES-in daşqın zonasına düşməsi belə ehtimal yaradıb.
ABŞ-ın Nebraska ştatında Missuri çayının daşması nəticəsində atom-elektrik stansiyası daşqın zonasına düşüb. Radiasiya sızması təhlükəsinin olmadığı bildirilir. Lakin stansiyada yanğın baş verib, bu isə qısa müddətə yanacaq borularının sərinlətmə sistemini sıradan çıxarıb. AES-in işçi heyəti evakuasiya edilib.
Stansiya üzərindən televiziya şirkətlərinə məxsus vertolyotların uçuşuna qadağa qoyulduğundan, hadisə yerindən ilk görüntüləri daşqından bir neçə gün sonra çəkmək mümkün olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: