Yaponiyada zəlzələ olub
08 Fevral 2010 Bazar Ertəsi 20:35
Yaponiyada zəlzələ baş verib. Yeraltı təkanlar 6,6 bal gücündə olub.
Yaponiyanın cənub sahillərində yerləşən bir neçə kiçik adada zəlzələ baş verib. Yerli mətbuatın məlumatına görə, seysmoloqlar yerli hakimyyət orqanlarını sunaminin ola biləcəyi barədə xəbərdar edib.

Sonradan verilən məlumata görə, yeraltı təkanlar Rixter cədvəli ilə 6,6 bal gücünə çatıb.

Seysmoloqlar ilkin olaraq sunaminin 1,6 metr yüksəklikdə olacağını ehtimal edib, lakin sonradan həyəcan siqnalı ləğv olunub.

Xatırladaq ki, Yaponiya üçün yüksək seysmik fəallıq xarakterikdir. Bu ölkə digər dünya ölkələrindən fərqli olaraq daha çox zəlzələdən əziyyət çəkir.

Yeraltı təkanlar Tayvanda da hiss olunub. Burada əhali təlaşa düşərək evlərini tərk edib. Hər iki dövlətdə dağıntı və qurbanlar barədə məlumat yoxdur.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar