Yaponiyada zəlzələ baş verib
08 Aprel 2012 Bazar 05:51
Yeraltı təkanlar Fukusimada da hiss edilib.
Bu səhər Yapoinyanın şimal-şərqində 4 bal gücündə zəlzələ baş verib. Tələfat və dağıntı barədə məlumat yoxdur. Milli Meteorologiya İdarəsi sunami təhlükəsinin olmadığını bildirib.

ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, zəlzələnin episentri Sakit okeanda, İbaraki prefekturası saşillərində qeydə alınıb. Zəlzələ ocağı dənizin 60 kilometr dərinliyində yerləşib. Yeraltı təkanları Fukusima prefekturasının sakinləri də hiss ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar