Yaponiyada yeni zəlzələ baş verib
10 Aprel 2011 Bazar 00:29
Yeraltı təkanların gücü 6,1 bal olub.
Yaponiyanın Küsü adasında 6,1 bal gücündə zəlzələ baş verib. Məlusatı ABŞ-ın Geoloji Xidməti yayıb. Bakı vaxtı ilə saat 22.57-də qeydə alınan zəlzələnin episentri Miyadzaki şəhərindən 212 kilometr cənubdə olub. Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib. Yerli hökumətə təbii fəlakətin qurbanları və ya sunami təhlükəsi ilə bağlı operativ məlumat daxil olmayıb.

Qeyd edək ki, seysmoloqların fikrincə, 6 bal və daha güclü zəlzələlər infrastrukturda ciddi dağıntılara və insan tələfatına səbəb ola bilir.

Yaponiyanın şimal-qərbində martın 11-də baş vermiş dağıdıcı həlhələdən sonra ölkənin qərb sahillərində hər gün onlarla yeraltı afterşok qeydə alınır. Aprelin 7-də Yapoinyanın şimal-qərbində, 11 mart zəlzələsinin baş verdiyi rayonda 7,4 bal gücündə yeraltı təkanlar qeydə alınmışdı. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar