Yaponiyada yeni güclü zəlzələ
04 Fevral 2013 Bazar Ertəsi 08:14
Yeraltı təkanlar yerli vaxtla 23.17-də Kusiro şəhərindən 109 kilometr qərbdə baş verib.
Yapoinyanın şimalında yerləşən Hokkaydo adasında 6,9 maqnidudalı zəlzələ baş verib.
ANS PRESS ABŞ geologiya xidmətinin məlumatına istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla 23.17-də Kusiro şəhərindən 109 kilometr qərbdə baş verib. Zəlzələ mərkəzi 120 kilometr dərinlikdə yerləşir. Sunami təhlükəsi yoxdur. Dağıntı və qurbanlar barədə hələlik xəbər yoxdur.
Dekabrda Yaponiyanın şimal-şərq sahillərində 7,3 maqnitudalı zəlzələ baş vermişdi ki, bu, 1 metr hündürlüyündə sunamiyə səbəb olmuşdu.
DOSTLARINLA PAYLAŞ: