Yaponiyada yatmış vulkan oyanıb
19 Avqust 2013 Bazar Ertəsi 07:29
Sakurajima vulkanı 5 kilometr yüksekliye kül püskürür.
Yaponiyanın cənub-qərbində yerləşən Sakurajima vulkanı yenidən oyanıb. Bunun nəticəsində yaxınlıqda yerləşən Kukusima yaşayış mətəqəsi küllər altında qalıb. İnsanlar evlərini tərk edərək küçəyə çıxmağa məcbur qalıblar. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sakurajima vulkanı 5 kilometr hüdürlüyə kül püskürür.

Qeyd edək ki,1955-ci ildə bu günə kimi ilk dəfədir baş verən partlayışdan sonra vulkan bu qədər yüksəkliyə kül püskürür. Hazırda Kukusimanı qatı tüstü dumanı bürüyüb. Qatarların hərəkəti dayandırılıb, yollara səpələnən küllərin təmizlənməsinə cəhd köstərilir.

Hadisə nəticəsində ölən və yaralanan yoxdur.





DOSTLARINLA PAYLAŞ:

oyunlar