Yaponiyada toyuqların kütləvi məhvinə başlanıldı
05 Fevral 2011 Şənbə 04:40
Ölkədə bu qışın 12-ci “quş qripi” ocağı aşkarlanıb
Yaponiyanın Miyadzaki prefekturasının hökuməti “quş qripi” virusunun yayılması ilə əlaqədar 57 mindən artıq toyuğun məhvinə başlayıb. Bu barədə məlumatı “Kyodo” informasiya agentliyi yayıb.

Təhlükəli virus prefekturanın şimalındakı Tikatixo şəhərindəki fermada aşkarlanıb. Toyuq fabrikinin ətrafında 10 kilometr radiusda karantin bölgəsi yaradılıb və məhsulların karantin bölgəsindən çıxarılmasına qadağa qoyulub.

Bu, hazırkı qış mövsümündə Yaponiyada aşkarlanan 12-ci “quş qripi” ocağıdır. Xəstəlik Oita, Kaqosima, Simane, Ayti və Hokkaydo prefekturalarında da qeydə alınıb. Ölkə üzrə mhv edilən toyuqların sayın 900 minə çatıb. Əməliyyatlara mülki müdafiə qüvvələri də cəlb edilib.

Yapoinya Nazirlər Kabineti nəzdində “quş qripi” epidemiyasına qarşı mübarizə üzrə qərargah yaradılıb. Mütəxəssislər hesab edirlər ki, virusun mənbəyi köçəri quşlardır. Belə ki, Hokkaydo adasında bir neçə ölü qu quşu aşkarlanıb. Müayinələr həmin quşların qrip daşıyıcısı olduğunu təsdiqləyib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar