Yaponiyada Qida qıtlığı əhalini təşvişə salıb
23 Mart 2011 Çərşənbə 15:27
Yaponiyadan qayıdan azərbaycanlı: “Qida qıtlığı əhalini təşvişə salıb”
Yaponiyada baş verənlərdən sonra bu ölkədə olan azərbacanlılar evakuasiya olunur. Bir qrup həmvətənimiz artıq Bakıdadır.Yaponiyadan qayıdan azərbaycanlı Şamxal Muxtarov oradakı vəziyyəti ANS-lə bölüşüb.
“ “Fukusimo” atom elektrik stansiyasında olan vəziyyət, xüsusən də Tokio əhalisini təşvişdə saxlayır. Panikaya digər səbəblər ticarət mərkəzlərində yeyinti məhsullarının olmamasıdır. Benzin və yanacağın olmaması əhali arasında narahatçılığı daha artırır. Bu səbəbdən də onlar ölkənin qərbinə səyahət etməyə başlayıblar. Əhali əvvədcədən aldığı məhsullarla dolanır. Bu isə digər şəhərlərdə də qıtlığın yaranmasına səbəb olur”, - deyə Şamxal Muxtarov bildirib.
DOSTLARINLA PAYLAŞ: