Yaponiyada növbəti güclü zəlzələ baş verdi
13 Mart 2011 Bazar 03:57
Yaponiyada növbəti güclü zəlzələ baş verdi. Yeraltı təkanların gücü 6,3 bal olub.
Bazar günü səhər saatlarında Yaponiyada Rixter şkalası üzrə 6,3 bal gücündə növbəti zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, bu dəfəki güclü yeraltı təkanların episentri İvaki şəhərində 115 kilometr şimal-qərbdə, Senday şəhərinə isə cənub-qərbdə, Sakit okeanın 14,3 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ yerli vaxtla saat 07.12-də (Bakı vaxtı ilə 02.12) baş verib.

Xatırladaq ki, cümə günü Yaoniyanın tarixində ən güclü zəlzələ baş verib. 8,9 bal gücündə zəlzələ nəticəsində Yer kürəsinin oxu yerini dəyişib. Yeraltı təkanlardan sonra sunami baş verib. Yaponiya KİV-inin məlumatına görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 1700 nəfərə çatıb.

Şənbə günü isə “Fukusima-1 atom elektrik stansiyasında (AES) partlayış olub. Hökumət AES-in ətrafında təxminən 20 kilometr radiusda əhalinin evakuasiyasını elan edib. “Fukusima-1” və “Fukusima-2” stansiyalarının yerləşdiyi rayonlardan 140 min nəfər təxliyə edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar