Yaponiyada intihar edənlərin sayı artıb
29 May 2009 Cümə 12:30
Yaponiyada intihar edənlərin sayı 6 faiz artıb. Son 11 ildə hər il 30 min yapon intihar edib

Maliyyə böhranı nəticəsində Yaponiyada intihar edənlərin sayı 6 faiz artıb. Bu barədə BBC məlumat verib. Yaponiyanın Life təşkilatının verdiyi məlumata görə, intihar hallarının artması iqtisadi səbəblərlə, xüsusilə də müflisləşmə və iş yerinin itirilməsi ilə bağlıdır.
Yaponiya inkişaf etmiş ökələr içərisində intihar hallarının yüksək olduğu ölkədir.  Bu ölkədə yüz min nəfərə 24 intihar halı düşür. ABŞ-da isə bu rəqəm 11-dir. Son 11 ildə hər il 30 min yapon intihar edib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar