Yaponiyada "donuz qripi" aşkarlanıb
18 May 2009 Bazar Ertəsi 10:30
Bu ölkədə xəstəlik daşıyıcılarının sayı 129-a yüksəlib

 

Dünyanı cənginə alan donuz qripi yayılmaqda davam edir. Yaponiyada bir gündə 33 nəfərdə daha "A H1N1" virusu müəyyən edilib. Bununla da xəstəlik daşıyıcılarının sayı 129-a yüksəlib. Yaponiya hökuməti xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə bu gün təcili iclas keçirəcək.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, ilk dəfə Meksikada aşkar edilən xəstəlik nəticəsində 70-dən artıq insan tələf olub. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar