Yaponiyada dəniz suyunda radiasiya artıb
23 Mart 2011 Çərşənbə 11:32
Bu xəbər Tokioda balıq satışını kifayət qədər aşağı salıb
Yaponiyada “Fukusima-1” atom elektrik stansiyasında (AES) baş vermiş sızma nətiəcsində dəniz suyunda radiaktiv maddələrin miqdarı artıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Fukisimo-1” AES-də temperatur artmağa dorğru gedir.
“Fukisimo-2”də isə radiasiya səviyyəsi artır. Artıq 11 növ tərəvəzdə radiaktiv maddələr aşkarlanıb. ABŞ Yaponiyadan malların idxalına qadağa qoyub.
Bu ərəfədə Yaponiyada radioaktiv maddələrin “Fukusima” reaktoru yaxınlığında dəniz suyuna sızmasının təsdiq edilməsi Tokioda balıq satışını kifayət qədər aşağı salıb. Səhiyyə Nazirliyi rəsmi qurumlara dəniz sularının monitorinqini həyata keçirməyi tapşırıb. Ötən gün qəza vəziyyətində olan “Fukusima-1'”AES-də reaktorların enerji təchizatının və soyutma sistemlərinin bərpası üzrə işlər davam etdirilib. Mütəxəssislər stansiyanın 6 enerji blokunun hər birində gərginlik kabelini qoşmağa müvəffəq olub. Elektrik təchizatı tam olaraq bərpa olduqdan sonra reaktorların soyudulması daha effektiv şəkildə olacaq. “Fukusima-1” AES-də vəziyyət stabilləşməyə doğru gedir, baxmayaraq ki, hələ də ciddi olaraq qalır.
Ötən gün səhər AES-in iki ən çox istifadə edilən reaktorları üzərində tüstü və buxar burumları sezilib. Rəsmilərin məlumatına görə, radiasiyanın səviyyəsi elə də yüksək deyil və Çernobıl ilə müqayisəyə gəlməz. Rəsmilər eləcə də dəniz suyunda radiasiyanın artmasının da insanların səhhətinə mənfi təsir göstərmədiyi israr edir.
Bu ərəfədə təbii fəlakət nəticəsində ölkəyə dəymiş zərərin həcmi 15-25 trilyon yen, başqa sözlə 185-308 milyard ABŞ dollari təşkil edə bilər. Onu da əlavə edək ki, Yaponiya polisinin məlumatın əsasən təbii fəlakət nəticəsində ölən və itkin düşənlərin sayı 23 mini ötüb. Rəsmi məlumatlara görə ölənlərin sayı 9301 nəfər, itkin düşənlərin sayı ilə 13786 nəfər təşkil edir.
DOSTLARINLA PAYLAŞ: