Yaponiyada 700 min insana təxliyyə elan edilib
11 Sentyabr 2014 Cümə Axşamı 12:01
Yaponiyanın Sapporo şəhərinin 700 min sakini üçün təxliyyə ealn edilib.
Yaponiyanın İrikari rayonu, Xokkaydo perefekturasında mərkəzi şəhər olan Sapporoda “xüsusi həyəcan” elan edilib.

ANS PRESS-in məlumatına görə, burada sutka ərzində 400 millimetr yağıntı olub hansı ki, bunun 200 millimetri son beş saata aiddir.

Yaponiyanın şimal adasının ən əsas şəhərinin 720 min əhalisinə təxliyyə barədə göstərişələr yerli hakimiyyət tərəfindən verilib.

Qeyd edək ki, keçən ilin yayında Yaponiyada təbii kataklizmlərin baş vermə zamanı əhalinin xəbərdarlıq edilməsi üzrə yeni göstəricilər qəbul edilib. “Xüsusi həyəcan” özü ilə insan tələfatı da gətirə bilən, yalnız 10 ildən bir yarana biləcək təbii fəlakətin yaxınlaşması zamanı verilir. Buraya təhlükəli selin yaxınlaşması, dağ uçqunları və torpaq sürüşməsi, çökəkliklərin su ilə dolması riskinin artması daxildir.

Meteoroloqlar camaatı administrasiyanın təxliyyə barədə təlimatlarını yerinə yetirməyə çağırmağına baxmayaraq, bununla bərabər vəziyyəti özlərinin qiymətləndirməsini və əgər təhlükə ola bilərsə, çölə çıxmamağı tövsiyyə ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar