Yaponiyada 5,3 bal zəlzələ
29 Mart 2014 Şənbə 09:01
Zəlzələnin episentri Sakit okeanda, İbaraki bölgəsinin şərq sahili olub.
Yaponiyada zəlzələ meydana gəlib.
ANS PRESS-in xəbərinə görə, Yaponiyanın Honşu adasının şimal-şərqində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Yaponiyanın milli meteorolji idarəsi məlumat yayıb.
Zəlzələnin episentri Sakit okeanda, İbaraki bölgəsinin şərq sahili olub. Yeraltı təkanları ölkənin doqquz bölgəsində, eləcə də paytaxt Tokioda yaşayan sakinlər tərəfindən hiss edilib.
Zərər çəkənlər və dağıntı hadisələri haqqında məlumat verilməyib. Sunami təhlükəsi isə yoxdur.
Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyada baş vermiş 9 bal gücündə zəlzələ və bunun ardından başlamış dəhşətli sunami təxminən 28 min insanın həyatına son qoyub. Onlardan yalnız yarısının cəsədi tapılıb.
DOSTLARINLA PAYLAŞ: