Yaponiya zəlzələsi iri şirkətləri vurdu
12 Mart 2011 Şənbə 16:11
Yaponiya zəlzələsi iri şirkətləri vurdu. Onların arasında avtomobil şirkətləri çoxluq təşkil edir.
Yaponiyada baş verən son 140 ilin ən şiddətli zəlzələsi ölkə iqtisadiyyatına çox böyük ziyan vurub. "Reuters" agentliyi fəlakətin baş verdiyi ərazilərdə qlobal miqyasda istehsalla məşğul olan şirkətlərin son vəziyyəti ilə bağlı məlumat yayıb. Məlumata görə, Miyagidə yerləşən “Asahi KASA” fabriki elektrikin kəsilməsi ilə əlaqədar fəaliyyətini dayandırıb. Tokionun şərqində yerləşən “Cosmo OIL” neft şirkətində böyük yanğın baş verib.
“Fujitsu” şirkətinin bəzi istehsal müəssisələri zərər görsə də, ölən, ya da yaralanan yoxdur.
“Honda” avtomobil şirkətinin Tochigidə yerləşən şöbəsində bufet divarının çökməsi nəticəsində 43 yaşlı işçi ölüb, 30 nəfər yaralanıb. Şirkətin Sayama, Tochigi və Hamamatsudakı fabriklərinin fəaliyyəti dayanıb.
“Suzuki” – şirkətində işə bir müddət ara veriləndən sonra iş yenidən bərpa olunub.
JSR(Sintetik kauçuk istehsalçısı) – fabriki istehsalı dayandırıb. Amma dəyən ziyan barədə məlumat verilmir.
“Nissan Motors” – şirkətinin Yaponiyadakı dörd montaj fabrikində də istehsal dayanıb. Tochigi və Fukushimada yerləşən fabriklərdə yanğınlar meydana gəlib. Nəticədə Tochigidəki fabrikdə iki işçi yüngül yaralanıb.
“Panasonic” - şirkətinin fotoaparat linzaları çıxaran bir fabrikində istehsal dayanıb.
“SONY” - şirkətin ikisi Fukushima, dördü də Miyagidə olmaqla altı zavodunun hamısında fəaliyyət dayandırılıb.
“SUMITOMO METAL Industries” - metal istehsal edən şirkətin iki böyük sənaye sobası bağlanıb.
”TOKYO ENERGY” - şirkətinin Fukushima Daiichidəki nüvə stansiyasında üç reaktorunun avtomatik olaraq bağladığı bildirilir. Eyni zamanda soyutma sistemləri də bağlanıb.
“TOKYO Gas” - şirkəti Kanto şəhərində 35 min evə təbii qaz verilməsini dayandırıb.
“Toyota Motors”un - "Panasonic" ilə ortaq olduğu Miyagidə hibrid vasitələr üçün batareyalar istehsal edən zavodu hazırda fəaliyyət göstərmir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: