Yaponiya xarici işlər naziri istefa verdi
07 Mart 2011 Bazar Ertəsi 06:26
Nazir xarici ianə qalmaqalında adı hallandığı üçün bu addımı atdığını deyib
Yaponiyanın baş naziri Navoto Kan xarici işlər naziri Seydzi Mexaranın istefa ərizəsini qəbul edib. Qeyd edək ki, Yaponiya xarici işlər naziri xeyli müddətdir ki, istefa vermək niyyətində olub. Sonuncu dəfə isə Yaponiya baş naziri belə onun istefa qərarından döndərə bilməyib. Xarici işlər naziri isə öz qərarını çox yaxşı düşündüyünü deyib. “Mən özümün siyasi ianə qalmaqalım haqda düşünmüşəm, o cümlədən xarici ianələr barədə. Mən xarici işlər naziri vəzifəsindən istefa verməyi qərara almışam. Mən baş nazir Kani ziyarət etdim və öz qərarımı ona dedim. O da bunu qəbul etdi. Mən altı ay işlədikdən sonra istefa verdiyim üçün və pul məsələsinə görə etibarsızlıq yaranmsına görə insanlardan üzr istəyirəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl üzə çıxan məlumatlara görə Yaponiya xarici işlər naziri Seydzi Meaxara son 4 ildə Cənubi Koreya vətəndaşından 2400 dollar məbləğində pul alıb. Yaponiya qanunvericiliyi isə xarici hüquqi və fiziki şəxslərdən ianə alınmasını tamamilə qadağan edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar