Yaponiya Şimali Koreyanı tənqid edib
25 May 2009 Bazar Ertəsi 18:25
Baş nazir Taro Aso Aso Pxenyanın raket texnologiyalarına malik olmasını Yaponiyanın təhlükəsizliyi üçün ciddi təhlükə kimi dəyərləndirib

Yaponiyanın baş naziri Taro Asonun mayın 25-də ölkəsinin təhlükəsizlik Şurasının iclasında qəbul olunan rəsmi bəyanatında Şimali Koreyanın addımları sərt  şəkildə tənqid olunub. ANS PRESS-in RİA Novosti agentliyinə istinadən yaydığı məlumata görə, Aso Pxenyanın raket texnologiyalarına malik olmasını Yaponiyanın təhlükəsizliyi üçün ciddi təhlükə kimi dəyərləndirib.
«Şimali Koreyanın addımları Şimali-Şərqi Asiya və ümumilikdə dünya birliyinin təhlükəsizliyi  üçün böyük ziyən vurur", - deyə baş nazirin bəyanatında vurğulanıb.
Xatırladaq ki, bu gün səhər Pxenyan nüvə silahının uğurla sınaqdan keçirildiyini bəyan edib. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar