Yaponiya silkələndi
20 Fevral 2013 Çərşənbə 10:41
Yaponiyanın Oxara şəhərində güclü zəlzələ baş verib.
Bu gecə Yaponiyanın Honsü adası yaxınlığında 5.6 bal gücündə zəlzələ olub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, zəlzələ Oxara şəhərindən 52 km şərqdə baş verib. Yaponiya Meteoroloji Xidmətin yaydığı məlumata əsasən, yeraltı təkan 35 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.
Xatırladaq ki, 2011-ci ilin martında Yaponiyada 9,0 bal gücündə zəlzələ baş vermişdi. Həmin vaxt zəlzələnin qurbanlarının sayı 20 minə çatmışdı.
DOSTLARINLA PAYLAŞ: