Yaponiya radiasiya təhlükəsi ilə üz-üzə qalıb
21 Mart 2011 Bazar Ertəsi 20:56
“Fukusima” Atom Elektrik Stansiyasında bir-birinin ardındca iki partlayış olub.
Yaponiyada zədələnmiş “Fukusima” Atom Elektrik Stansiyasında bir-birinin ardındca iki partlayış olub. Ətrafı tüstü bürüyüb. Dərhal işçilər təxliyyə edilib. İşçilərdən yeddisində radiasiya səviyyəsinin normadan yüksək olduğu aşkarlanıb.
Yaponiyada ərzaq və içməli suyun təhlükəsizliyi ciddi narahatlıq doğurmağa başlayıb. Ölkənin Səhiyyə Nazirliyi “Fukusima-1” Atom Elektrik Stansiyasına yaxın yaşayan sakinlərə içməli sudan istifadə etməməyi xəbərdarlıq edib. Çünki suda radiaktiv maddələrin həcmi böyük olub. Bu sudan ancaq yuyunmaq və məişət işləri üçün istifadə etmək olar.
Daha bir neçə əyalətdə də tərəvəz məhsullarında böyük həcmdə radioaktiv maddələr aşkarlanıb.
Qeyd edək ki, yaponiyada dağıdıcı zəlzələ və sunamidə ölən və itkin düşənlərin rəsmi sayı 21 mindən nəfərdən çoxdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: