Yaponiya işıqsız qaldı
27 Noyabr 2012 Çərşənbə Axşamı 15:11
"Gündoğar ölkə"nin Hokkaydo vilayətində 56 mindən çox ev işıqsız qalıb
Yaponiyanın şimalına yağan güclü qar elektrik enerjisinin kəsilməsinə səbəb olub. Təkcə Hokkaydo prefekturasında bir neçə şəhərdə 56 mindən çox ev işıqsız qalıb. Pis hava şəraiti ilə əlaqədar Hokkaydoda məktəblər bağlanıb, regionun əsas hava limanında onlarla xarici və daxili reys təxirə salınıb.

Meteoroloqlar güclü qarın hələ bir neçə gün də yağacağını, bəzi yerlərdə qarın hündürlüyünün 40 santimetrə çatacağını proqnozlaşdırırlar. Meteoroloji xidmət Hokkaydo prefekturasının sahil ərazilərində, eləcə də şimal bölgəsinin daha 4 prefekturasında çovğun xəbərdarlığı edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar