Yaponiya herbi qüdretini artırmaq isteyir
27 İyul 2013 Şənbə 08:45
Yaponiya herbi potensialını artırmaq niyyetindedir.
Mümkün raket hücumlarının qarşısını almaq, o cümlədən rəqibə cavab zərbəsi endirmək üçün Yaponiya hərbi potensialını artırmaq niyyətindədir. Lent.az-ın «i nterfaks»-a istinadən məlumatına görə, bu təklif ölkənin müdafiə strategiyası haqda məruzə layihəsi müzakirə olunarkən deyilib.
Düşmənə qabaqlayıcı zərbələrin endirilməsi ehtimal tədbirləri sənədə daxil edilməyib.
Müdafiə Nazirliyi bildirib ki, Yaponiyaya hücum ediləcəyi halda düşmənin mövqelərinə raket zərbələri endiriləcək, potensial rəqibin ərazisinə yapon hərbçilərinin atılması da istisna edilmir. Yapon hərbçiləri yığcam desant hissələrin yaradılmasını da təklifini də irəli sürüb. Bununla belə Yaponiyanın Müdafiə Nazirliyi bu sayaq məsələlərin müzakirəsini vaxtının yetişmədiyini də vurğulayıb.
Yaponiya hərbi potensialının gücləndirilməsi ilə bağlı yekun sənədə cari ilin sonunda baxılacaq.
DOSTLARINLA PAYLAŞ: