Yaponiya Çini Şimali Koreyanın son nüvə sınaqları və raket buraxılışı barədə sərt mövqe tutmağa çağırıb. ANS PRESS bu barədə «Associated Press»ə istinadən məlumat verir.
Ölkəsinin mövqeyini Yaponiya xarici işlər naziri Xirofumi Nakasone çinli həmkarı Yanq Ceçi ilə görüşündə bildirib.
Yapon nazirin sözlərinə görə, beynəlxalq toplumun istənilən başqa reaksiyası Pxenyan tərəfindən əməllərinə dəstək kimi qiymətləndiriləcək.
Çinli nazirin yapon həmkarına nə cavab verəcəyi hələ ki, bəlli deyil. /ANS PRESS/