Yaponiya Çindən səfirini geri çağırıb
15 İyul 2012 Bazar 12:54
Çin hərbi gəmilərinin Senkaku adaları zonasına girməsi iki ölkəni düşmənə çevirib.
Yaponiyanın Çindəki səfiri Uitiro Niva Şərqi Çin dənizindəki mübahisəli Senkaku-Dyaoyuytay adaları ətrafında qalmaqalla bağlı məsləhətləşmələr aparmaq üçün Tokioya geri çağrılıb.

ANS PRESS Yaponiyanın "Kiodo" agentliyinə istinadən bildirir ki, Niva Pekin hava limanında jurnalistlərə bildirib ki, Tokioya vəziyyətlə bağlı məruzə etmək üçün yola düşür.

Qeyd edək ki, iyulun 11-də və 12-də Çin hərbi gəmiləri Senkaku (Dyaoyuytay) adaları zonasına daxil olub. Bundan sonra Yaponiya XİN-i Çinə eitraz bildirib. Çin XİN-i isə bununla bağlı bəyan edib ki, adalar Çinin əzəli torpaqlarıdır.
Yaponca adı Senkaku, çincə Dyaoyuytay olan adalar Tayvandan 170 kilometr şimal-şərqdə yerləşir. Çin iddia edir ki, bu adaları Çin 14-cü əsrdə açıb, amma 1895-ci ildə bağlanmış ədalətsiz Simonosek sazişi üzrə Yaponiyaya keçib. İkinci Dünya müharibəsindən sonra Yaponiya 19-cu əsrdə əldə etdiyi bütün əraziləri itirib və Senkaku ABŞ-ın yuridiksiyasına keçib. 1972-ci ildə Vaşinqton adaları Yaponiyaya qaytarıb, amma Çin bu qərarı tanımaq istəməyib.
Senkaku (Dyaoyuytay) adalarında əhali yaşamır və o, yapon fərdi şəxslərinə məxsusdur. Adanın şelfində böyük qaz yataqları tapıldıqdan sonra Çin və yapon tərəflərinin adaya marağı artıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar