Yapon gənclər seksdən və nikahdan imtina edirlər
25 Oktyabr 2013 Cümə 00:35
Yapon gənclər seksdən və nikahdan imtina edirlər. Bu cür gənclər özlərini virtual qadınlara daha çox bağlı hiss edirlər.
2006-cı ilə kimi heç bir möcüzə baş verməzsə Yaponiyanın əhalisi 30 faiz azalacaq. ANS PRESS “BBC”yə istinadən bildirir ki, buna səbəb Yaponiyada yeni kişi növünün - otakunun yaranmasıdır.
Otakular manqa, anime və kompüteri seksdən daha üstün sayırlar. Dünyanın ən böyük meqapolisi olan və 35 milyon əhalinin yaşadığı Tokionun Akixabara rayonu manqa və anime mədəniyyətinin mərkəzidir, yəni otaku üçün cənnətdir.
20 illik iqtisadi durğunluq dövründə böyümüş qəribə insanlar nəsli gerçəklikdən imtina edərək fərdi fantaziyalar dünyasına qapılırlar. Onlar həddindən passivdirlər və cinsi həvəsdən məhrumdurlar.
2010-cu ildə Yaponiya səhiyyə nazirliyi tərəfindən aparılan araşdırma göstərib ki, 16-19 yaşlı gənclərin 36%-ni seks maraqlandırmır. Keçən iki il ərzində bu rəqəm iki dəfə artıb. Bu cür gənclər özlərini virtual qadınlara daha çox bağlı hiss edirlər.
DOSTLARINLA PAYLAŞ: