Yanvarın 4-də günəş tutulacaq
02 Yanvar 2011 Bazar 18:15
Bunu Avropa, Afrika, Yaxın Şərq və Orta Asiyadan müşahidə etmək mümkün olacaq
Yanvarın 4-də 2011-ci ilin ilk günəş tutulması olacaq. ANS PRESS-in məlumatına görə, bu Bakı vaxtı ilə saat 10:40-də baş verəcək. Günəş tutulmasını İsveçin şimalı başda olmaqla Avropa, Afrika, Yaxın Şərq və Orta Asiyadan müşahidə etmək mümkün olacaq.

Ayın yarı kölgəsi ilk olaraq Əlcəzairin şimalında görünəcək, sonra isə şərqə doğru hərəkət edəcək.

Ümumilikdə isə 2011-ci ildə 4 parçalı günəş tutulması və 2 tam ay tutulması gözlənilir. Növbəti günəş tutulması isə 2012-ci il noyabrın 11-də olacaq.

Qeyd edək ki, son günəş tutulması 11 iyun 2010-cu ildə qeydə alınıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar