Yanukoviçin Moskvada olduğu təsdiqləndi
27 Fevral 2014 Cümə Axşamı 18:14
Bu informasiyanı Rusiyanın nəhəng sahibkarlarından biri deyib.
Son günlər yeri bilinməyən Ukraynanın eks prezidenti Viktor Yanukoviç Rusiyadadır. ANS PRESS-in məlumatına görə, bu barədə RBK agentliyi nəhəg rus sahibkarlarından birinə istinadən xəbəri yayıb. Məlumatı yüksək çinli məmur təsdiqləyib.

Yanukoviç çərşənbə axşamı gecə saatlarında Moskvaya gəlib. Onun sözlərinə görə postu qoyub qaçmış prezidenti "Ukrayna" (Radisson Royal) mehmanxanasında görüblər. Mehmanxananın rəsmi nümayəndəsi bu barədə danışmaq istəməsə də, rəhbərliyə yaxın mənbə bunu təsdiqləyib və bildirib ki, çərşənbə axşamından çərşənbəyə keçən gecə mehmanxananın 11-ci mərtəbəsindəki restoranda təşkil edilən məclis xüsusi xidmətin gücləndirimiş təhlükəsizlik tədbirləri altında keçib və xidməti personal oraya buraxılmayıb.

Yanukoviç "Ukrayna" mehmanxanasında çox qalmayıb. Mənbənin sözlərinə görə, Ukraynanın devrilmiş prezidenti indi Barxivdədir. Orada Rusiya prezidentinin işlər idarəsinin "Barxiv kliniki sanatoriyası" yerləşir.

RBK ilə söhbətləşən məmur Yanujkoviçin həqiqətən də Podmoskovyedə yerləşdiyini təsdiqləyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar