Yanukoviç Rusiyadan üz döndərib?
23 Fevral 2010 Çərşənbə Axşamı 19:55
Ukraynanın yeni seçilmiş prezidenti ilk səfərini Belçikaya edəcək
Ukraynanın yeni seçilmiş prezidenti Viktor Yanukoviç ilk rəsmi səfərini Belçikaya edəcək. Fevralın 25-də baş tutacaq andiçmədən sonra, yəni martın 1-i Yanukoviç Brüsselə yola düşəcək.
Razılaşmaya əsasən, Ukrayna prezidenti Brüsseldə AŞ rəhbəri Herman van Rompei, Avropa Komissiyasının prezidenti Joze Mannuel Barrozo və Avropa Parlamentin prezidenti Jerzi Buzeklə görüşəcək.
Qeyd edək ki, səfər barədə rəsmi məlumat Yanukoviçin andiçmə mərasimindən sonra veriləcək. Hələlik Viktor Yanukoviç tam səlahiyyətli prezident olmadığından, onun yüksək səviyyəli görüşləri rəsmən elan olunmur.
Ukraynanın yeni liderinin ilk səfər edəcəyi ölkələrdən biri də Rusiyadır. Belə ki, Rusiya prezidenti Dmitri Medvedevlə Viktor Yanukoviç arasındakı telefon danışığı zamanı martda Moskvada görüş barədə razılığa gəlinib. Diplomatik mənbələrdən verilən məlumata görə, Moskva səfəri martın ilk on günlüyündə reallaşacaq. Tam dəqiq tarix isə yeni hakimiyyətin təsdiqindən sonra müəyyən olacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: