Yanukoviç erməni biznesmenin evini aldı
17 Mart 2014 Bazar Ertəsi 10:21
Ukrayna prezidentinin yeni evinin qiymətinin 52 milyon dollar olduğu bildirilir.
Ukraynanın sabiq prezidenti özünə Rusiyada yeni ev alıb. ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna mətbuatı yazır.
Məlumata görə, "Mayendorf bağları" adlanan yerdə yerləşən evin qiyməti 52 milyon dollardır. Evin əvvəlki sahibinin erməni əsilli rus biznesmen olduğu deyilir.
Evin ərazisi 2822,8 м2-dir. Villanın ətrafındsakı bağın az qala 2 hektara çatdığı deyilir.
Qeyd edək ki, Viktor Yanukoviç 2010-cu ildə Ukrayna prezidenti seçilib. Kiyevdə Evromaydan aksiyalarından sonra vəzifəsini buraxaraq Rusiyaya qaçmışdı.
DOSTLARINLA PAYLAŞ: