Yalandan hicab geyinən qrup AKP ofisini işğal etdi
31 Dekabr 2011 Şənbə 03:01
Aksiyaçılar həbsdə olan dostlarını buraxdırmaq üçün bu addımı atdıqlarını deyiblər.
İstanbulun Beşiktaş rayonunda hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rayon şöbəsinə girən ikisi qadın 5 nəfər partiya ofisini işğal edib. Məlumata görə, şəxslər ofisə girdikləri zaman partiyaya üzv olmaq istədiklərini bildiriblər və qadınlar həmin vaxt hicab geyiniblərmiş.

“Tələbə Kollektivi”nin üzvləri olan şəxslər ofisin qapısını arxadan bağlayaraq pəncərədən şüarlar asıblar və otaqda olan əşyalara ziyan vurublar. Otaqda ofis əşyaları ilə barrikada qurulsa da, polislər qapını sındıraraq içəriyə girməyə müvəffəq olublar.

Polis tərəfindən saxlanılan aksiyaçılar həbsdə olan dostlarını buraxdırmaq üçün bu addımı atdıqlarını deyiblər.

Faktla bağlı cinayət işi açılıb və istintaq başladılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar