Yağışdan qaçdı doluya düşdü
03 Mart 2011 Cümə Axşamı 04:16
Atasının seksual xarakterli hərəkətlərinə məruz qalaraq evdən qaçan qız qadın alverçilərinin əlinə düşüb
Türkiyədə atasının seksual xarakterli hərəkətlərinə məruz qalaraq evdən qaçan yeniyetmə qız qadın alverçilərinin əlinə düşüb. Məlumata görə, Samsun vilayəti sakini 19 yaşlı qız evdən qaçdıqdan sonra rəfiqəsi ilə birlikdə bilmədən qadın ticarəti ilə məşğul olan bir qadının evinə sığınıb. Ev sahibi tərəfindən fahişəliyə məcbur edilən zərərçəkmiş bu barədə polisə məlumat verib.
Qeyd edək ki, ev sahibi Arzu A. və onunla əməkdaşlıq edən daha 6 kişi polisin keçirdiyi əməliiyat nəticəsində ələ keçirilib. Şübhəlilər polisə verdikləri ilkin ifadədən sonra məhkəməyə göndərilib.
DOSTLARINLA PAYLAŞ: