Ya silahı yerə qoy, ya da İraqı tərk et
24 Mart 2009 Çərşənbə Axşamı 15:35
Türkiyə ilə İraq arasındakı əməkdaşlıqda tarixi bir addım atıldı. Abdullah Gül Cəlal Talabaninin dəvəti ilə Bağdada səfər etdi

Dünən Türkiyə ilə İraq arasındakı əməkdaşlıqda tarixi bir addım atıldı. Türkiyənin prezidenti Abdullah Gül İraqın prezidenti Cəlal Talabaninin dəvəti ilə Bağdada səfər etdi. 
 

33 ildən sonra İraqa gedən Türkiyə Cumhuriyyətinin prezidentini səmimi qarşılayan Talabanı terror təşkilatı olan PKK-ya “ya silahı yerə qoy, ya da İraqı tərk et” ultimatumu verdi. İraq Konstitutsiyasının PKK-nın İraq torpaqlarında fəaliyyət göstərməsinin yasaqladığını vurğulayan Talabanı Bizim şüarımız budur ded: “PKK ya silahlı mücadiləni buraxsın, ya da ölkəni tərk etsin. Biz birincini təklif edirik, yəni silahı buraxsın. Terror hər kəsə zərər verir”. Talibani terrorun aradan qaldırılmasının Türkiyə-İraq münasibətləri üçün önəmki olduğunu qeyd etdi. İki ölkə lideri iki ölkə arasında münasibətlərin daha da inkişafı istiqamətində orta mövqeye gəldi. İki ölkə arasında iqtisadi ortaqlıq anlaşması da imzalandı.

Abdullah Gülün uzun illərdən sonra İraq gözlənilən səfəri dünən baş tutdu. İki günlük səfərdə onu Dövlət naziri Kurşad Tuzmen və daxili işlər naziri Beşir Atalay müşayiət etdi. Gülün Talibani ilə görüşündə ən önəmli məqam PKK terror təşkilatı ilə bağlı oldu. Görüş zamanı ticari əlaqələrin genişləndirilməsi, enerji sektorunda işbirliyi, İraq neftinin və qazının istehsalı və bazara çıxarılması da gündəmə gəldi. Abdullah Gül: “Neft və qaz çıxarmaq və onları Türkiyə üzərindən kəmərlə nəqli məsələsində də birgə qərar verdik”,- dedi. 

Abdullah Gül Talabani ilə görüşündən sonra düzənlənən mətbuat konfransında 33 illik bir fasilədən sonra İraqa ayaq basan ilk Türkiyə Prezidenti olmasından məmnun olduğunu dilə gətirdi. O, bu səfərinin iki ölkə arasında yeni bir səhifənin açacağını dedi. Talabani terrorun yalnız Türkiyənin deyil, Şimali İraqda 500 kəndin bu terror təşkilatından əziyyət çəkdiyini vurğuladı.

Türkiyə ilə İraq arasında iqtisadi ortaqlıq anlaşması da imzalandı. Anlaşmanı Türkiyə adından Kurşada Tüzmen, İraq adından isə İraq Ticarət naziri Abdülsaleh Əl-Sudani imzaladı. Anlaşmaya görə, iki ölkə arasında 5 milyard dollarlıq ticarətinin iki ildə 20 milyarda dollara çatdırılıması nəzərdə tutulub. 

  Abdulla Gül Bərzani ilə görüşüb

 İraq səfərinin birinci günüdə prezident Cəlal Təlabani ilə görüşən Gül bu gün görüşlərinə iraqlı türkmən millət vəkillərini qəbul etməklə başlayıb.
Türkiyə prezidenti daha sonra İraqdakı kürd bölgə hökumətinin başçısı Neçirvan Bərzaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bir saatdan artıq davam edən və dünya mediasının böyük diqqət göstərdiyi görüşdə bölgə hökuməti ilə Türkiyə arasındakı əlaqələr, PKK probleminin həlli yolları müzakirə olunub.
Görüşdən sonra jurnalistlərə açıqlama verən Bərzani görüşü çox əhəmiyyətli adlandırıb: “Bu görüş tərəflər arasında əlaqələri gücləndirmək üçün çox böyük addımdır. Təbii ki, bizim baxışımızdan Türkiyə çox önəmli ölkədir. Biz Türkiyə ilə yaxşı əlaqələr qurmaq istəyirik. Eyni zamanda Türkiyənin narahatlığını da yaxşı anlayırıq”.
Bərzani deyib ki, İraq Konstitusiyasına görə, bölgə hökuməti İraq torpağından heç bir qonşu ölkəyə hücum edə və ya bu hücuma imkan verə bilməz: “Biz xüsusilə İraqın şimalından və İraqdan başqa qonşu ölkəyə hücum edilməsini qəbul etmirik”.
İraq prezidenti Cəlal Təlabaninin “PKK ya silahı buraxsın, ya da İraqı tərk etsin” açıqlamasına da münasibət bildirən Bərzani Təlabanini dəstəklədiklərini deyib: “Amma Türkiyə ilə əlaqələrimiz sadəcə bu problemdən ibarət deyil. Bizi birləşdirən, bir araya gətirən başqa məsələlər də var. Biz PKK probleminin sadəcə güc vasitəsilə həll ediləcəyinə inanmırıq, başqa alternativlər də olmalıdır”.
Bərzani terror təşkilatı PKK-nın əfv olunması ilə bağlı sualı da cavablandırıb: “Belə bir addımın atılması çox önəmli olar. Bu, problemin həllinə də yardım edər. Biz bunu dəstəkləyirik”.Gülün İraqa səfəri bu gün başa çatır

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar