XVI Benedikt niqablı hicaba dəstək verdi
21 Noyabr 2010 Bazar 01:25
“Bəzi müsəlman qadınların öz azad iradəsi ilə üzlərini də örtəcək şəkildə geyindiyi hicabı qanunla qadağan etmək mənasız işdir”
“Bəzi müsəlman qadınların öz azad iradəsi ilə üzlərini də örtəcək şəkildə geyindiyi hicabı qanunla qadağan etmək mənasız işdir”. Bunu Katolik kilsəsinin lideri papa 16-cı Benedikt yazdığı “Luce del mondo” (Dünyanın işığı) adlı kitabda bəyan edib. Papa kitabda müsəlman qadınların niqabına qoyulan qadağanı başa düşmədiyini deyib. “Mən ümumi qadağanın mənasını başa düşmürəm. Bəzi qadınların təzyiqlərlə niqab geyindikləri iddia olunur. Belə bir şeyi qəbul etmək mümkün deyil. Onlar istəyərək niqab geyinirsə bu niyə qadağan olunmalıdır?”
DOSTLARINLA PAYLAŞ: