Xruşşovun oğlu Krımın Ukraynaya verilməsinin sirrini açıb
10 Mart 2014 Bazar Ertəsi 17:58
1954-cü ildə Krımı Ukraynaya tabe etmiş sovet lideri Nikita Xruşşovun oğlu Sergey Xruşşov atasının bu addımı barədə danışıb.
ANS PRESS-in məlumatına görə, 1991-ci ildən ABŞ-da yaşayan və soyuq müharibə üzrə tarixçi-ekspert işləyən Sergey Xruşşov Almaniyanın “Die Welt” jurnalına müsahibəsində deyib ki, atasının qərarı iqtisadi səbəblərlə bağlı olub.

Krımın əhalisinin yarıdan çoxu ruslar, 25 faizi etnik ukraynalılar, 12 faizi isə Krım tatarlarıdır. Sergey Xruşşevin sözlərinə görə, 1953-cü ildə Dnepr və Krım arasında, yəni Ukrayna və Rusiya arasında kanal çəkmək nəzərdə tutulub. Həmin tikintiyə yalnız bir respublikanın məsuliyyət daşıması üçün Krımın Ukraynaya verilməsi qərara alınıb.

“İndi çox dedi-qodular eşidirəm ki, mənim atam Ukrayna demokratlarını razı salmaq üçün bunu edib. Guya ki, bu mənim ukraynalı olan anama hədiyyə olub. Bütün bunların gerçəkliyi ilə heç bir əlaqəsi yoxdur. Problem iqtisadi xarakterli olub, siyasi olmayıb”, - deyə Xruşşev bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar