“Xosrov meşəsi” qoruğunun direktoru qətlə yetirilib. Hadisə noyabrın 19-u gecə baş verib.
Ermənistanda “Xosrov meşəsi” dövlət qoruğunun direktoru Samvel Şaboyan güllələnərək qətlə yetirilib. Polisin məlumatına görə, hadisə noyabrın 19-u gecə baş verib.
Saat 00.50 radələrində Artaşat şəhər xəstəxanasından polisə məlumat daxil olub ki, S. Şaboyan adlı xəstə onlara çoxsaylı güllə yarası ilə daxil olub. S.Şaboyan xəstəxanaya daxil olan kimi də keçinib.
Qeyd edək ki, Şaboyanın özü bir neçə dəfə mətbuat nümayəndələrinə bildirib ki, o, brakonyerlərdən ölüm təhdidi alıb. O, özü isə həmişə üstündə silah gəzdirib.
ANSPRESS