Xoşbextlik Nazirliyi yaradıldı
28 Oktyabr 2013 Bazar Ertəsi 04:17
Venesuelada yaradılan Xoşbextlik Nazirliyi mərhum prezident Uqo Çavesin başladığı yoxsulluqla mübarizə proqramlarını həyata keçirəcək.
Venesuelada Xoşbəxtlik Nazirliyi yaradılıb. ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, dünyada ilk dəfə yaradılan belə bir dövlət qurumu keçən il xərçəngdən dünyasını dəyişən prezident Uqo Çavesin başladığı yoxsulluqla mübarizə proqramlarını həyata keçirəcək.

Yeni yaradılan nazirliyə rəhbərliyi baş nazirin müavinlərindən biri olan Rafael Rios edəcək.

Yerli mətbuatın yazdığına görə, Xoşbəxtlik Nazirliyinin ilk işi xaricdən ehtiyac duyulan qida və məhsulları gətirmək olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar