Xorvatiyada müxalifət seçkilərdə qalib gəlir
05 Dekabr 2011 Bazar Ertəsi 02:16
Yeni baş nazirin müxalifət lideri Zoran Milanoviçin olacağı gözlənilir.
Xorvatiyada keçirilmiş parlament seçkilərinin ilkin nəticələrinə görə, səslərin çoxunu Sosial Demokrat Partiyasının sədri Zoran Milanoviçin başçılıq etdiyi koalisiya qazanıb.

MSK sədri bildirib ki, müxalif koalisiya 76, hakim partiya Xorvatiya Demokratik Birliyi isə 46 mandat qazanıb. Leyboristlər və Xorvatiya Demokratik İttifaqı isə hərəyə 5 mandat əldə ediblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar