Xorvatiya “Eurovision” təmsilçisini müəyyənləşdirib
10 Yanvar 2012 Çərşənbə Axşamı 13:42
Xorvatiya Bakıda keçiriləcək 57-ci “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisini müəyyənləşdirib.
APA-nın “escdaily.com”a istinadən yaydığı xəbərə görə, Xorvatiyanın müsabiqə üzrə yayımçı kanalı HRT Bakıya 40 yaşlı Nina Badriçi göndərəcəyini açıqlayıb.
N. Badriç 1993, 1994, 1995 və 2003-cü illərdə Xorvatiyanı müsabiqədə təmsil etmək istəyib. Hətta 2003-cü ildə milli seçim turunda 2-ci olub. Onun Bakı səhnəsində ifa edəcəyi mahnı martda müəyyənləşəcək.
N. Badriç 1972-ci il iyulun 4-də Zaqrebdə doğulub. Gənc yaşlarından musiqi ilə məşğuldur. 1995-ci ildə onun ilk "Godine nestvarne" adlı ilk albomu işıq üzü görüb.
DOSTLARINLA PAYLAŞ: