Xırda pulun üstünə ölkənin adını səhv yazdılar
13 Fevral 2010 Şənbə 04:25
Çilidə baş vermiş hadisə zərbxana müdirinin və bir neçə işçinin tutduğu vəzifədən azad edilməsi ilə nəticələnib
Çilidə 2008-ci ildə dövriyyəyə buraxılan minlərlə xırda pulun üstündə ölkənin adı səhv yazılıb. Məlumata görə, 50 pezoluq (təx. 76 qəpik) metal pulun üstündə “CHİLE” əvəzinə “CHIIE” yazılıb. Bu vəziyyətin müəyyən olunmasından sonra ölkə rəsmiləri səhv yazılan pulların dövriyyədən çıxarılmayacağını bildirib. Ölkə əhalisi isə gələcəkdə kolleksiyaçılara sataraq pul qazanacaqları ümidi ilə səhv yazılmış pulları yığaraq saxlayıbmış.

Qeyd edək ki, bu vəziyyət sadəcə Çili zərbxana müdirinin və bir neçə işçinin tutduğu vəzifədən azad edilməsi ilə nəticələnib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar