Xidmətçisi Netanyahuya qarşı məhkəmə iddiası qaldırıb
19 Yanvar 2010 Çərşənbə Axşamı 07:00
Ailənin xidmətçisi: “Məni gün ərzində bir neçə dəfə çimməyə məcbur edirdilər”
İsrailin baş naziri Benyamin Netanyahu yeni qalmaqalla ölkənin gündəmindədir. ANS PRESS “Gazeteport” saytına istinadən xəbər verir ki, xidmətçiləri Netanyahu ailəsinə qarşı məhkəmə iddiası qaldırıb. Lillian Perets adlı qadın xidmətçi baş nazirin həyat yoldaşı Sara Netanyahunun mütəmadi olaraq ona sataşdığını, evdə gigiyenik şərtləri irəli sürərək gün ərzində bir neçə dəfə çimməyə və paltar dəyişdirməyə məcbur etdiyini deyib.

Ailənin ona minimum əmək haqqından da az maaş verdiyini və Şabat günləri işləməyə məcbur etdiyini deyən Perets məhkəməyə müraciət edib. Netanyahu ailəsinə qarşı 80 min dollarlıq təzminat tələb edən Peretsin iddiaları baş nazirlik rəsmilri tərəfindən qəbul edilməmişdi.

Qeyd edək ki, daha əvvəl təyyarə bələdçisi olan Sara Netanyahu hazırda psixoloq kimi faliyyət göstərir. Onun barəsində meydana gələn iddialar isə ilk deyil. Benyamin Netanyahunun 1996-99-cu illərdə baş nazir olduğu dövrlərdə onun işçilərlə dalaşdığı və dövlət işlərinə qarışdığı iddia edilmişdi.

Xatırladaq ki, Sara Netanyahu Benyamin Netanyahunun 3-cü həyat yoldaşıdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar