Xəzərin statusu üzrə növbəti iclasın vaxtı və yeri açıqlanıb
21 Aprel 2011 Cümə Axşamı 14:06
Görüş aprelin 26-da Bakıda keçiriləcək
Xəzəryanı ölkələrin Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə işçi qrupun növbəti görüşünün yeri və vaxtı məlum olub. Görüş aprelin 26-da Bakıda keçiriləcək. İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, İran prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə iclasda iştirak etmək üçün Bakıya gələcək.

İclasda Xəzər hövzəsində qarşılıqlı təhlükəsizlik və digər hüquqi məsələlərin müzakirəsi gözlənilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar